ABŞ Konqresindəki demokrat liderlər federal hökumətin bağlanmasının qarşısını almaq üçün Ağ Evin rəhbəri Donald Trampla görüş tələb ediblər.
Bu barədə Senatda azlıqların lideri Çak Şumer və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefrisin imzaladığı məktubda deyilir.
Demokratlar respublikaçıları hökumətin maliyyələşdirilməsi ilə bağlı iki partiyalı məsləhətləşmələrdən imtina etməkdə günahlandırdılar. Onlar bu məsələni müzakirə etməyə hazır olduqlarını bildiriblər.
/report