Demyanenko bu gün bizi sevindirə biləcək? - OLİMPİADA GÜNDƏLİYİ
İDMAN
08:55 10.08.2012
1901
Azərbaycanın daha bir kanoeçisi Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mıtbuat xidmətindən verilən məlumatda bildirilir ki, 29 yaşlı idmançı Bakı vaxtı ilə saat 13:51-də seçmə mərhələ yürüşünə qatılacaq.Bu mərhələdə 25 kanoeçi 4 qrupda çıxış edəcək. Demyanenko 7 idmançının yer aldığı 1-ci qrupda yarışacaq. 4-cü yürüş zolağında yer alacaq V.Demyanenko Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbs (Kanada) kimi idmançılarla rəqabət aparacaq.Saat 15:30-da startı veriləcək növbəti mərhələ yürüşündə isə 24 kanoeçi hər birində 8-i olmaqla 3 qrupda çıxış edəcək. Hər qrupda ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasından ən yaxşı göstəricilərə malik 2-si finala vəsiqə qazanacaq. Həlledici yürüş avqustun 11-də saat 13:47-də olacaq.