Ödəniş sistemlərini təqlid edən saxta saytlar və hesablar aşkarlandı - XƏBƏRDARLIQ

Ödəniş sistemlərini təqlid edən saxta saytlar və hesablar aşkarlandı - XƏBƏRDARLIQ
SOSİAL
23:13 14.09.2026
819
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) açıq mənbələr üzrə apardığı monitorinqdə ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb.

Agentlikdən AZXEBER.COM-a bildirilib ki, monitorinq zamanı "AzərPay”, "Express Pay”, "ExpersPay”, "KonturPay”, "million” və "PulPay” adlarından istifadə edən altı saxta internet resursu aşkar edilib. Sözügedən resurslarda "Azercell”, "Bakcell” və "Nar” mobil operatorlarının ad və loqolarından istifadə edilməklə endirimli internet və danışıq paketləri təklif olunur. Saxta səhifələr real ödəniş xidməti göstərmir, əvəzində istifadəçidən bank kartı məlumatlarının daxil edilməsi tələb olunur.

MKA-nın araşdırması nəticəsində müəyyənləşib ki, qeyd olunan resurslar eyni yanaşma əsasında hazırlanıb. Saxta saytlarla yanaşı, onları tanıtmaq üçün "TikTok” platformasında hesablar yaradılıb və həmin hesabların paylaşımları ödənişli reklam vasitəsilə yayımlanıb. Reklam materiallarında "Ad”, "Learn more” və "Shop now” bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərir. Araşdırma zamanı müəyyənləşib ki, saxta resurslarda istifadə olunan reklam materialları da eyni şablon və struktur əsasında hazırlanıb. Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri və "Yay kampaniyası”, "Payız kampaniyası” kimi mövsümi ifadələrdən istifadə olunub, əsasən isə yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində bank brendi olan "Expressbank”ın ad və vizual üslubundan da istifadə edilib.

MKA-nın qiymətləndirməsinə əsasən, aşkarlanan hallar ayrı-ayrı insidentlər deyil, eyni şablon və reklam mexanizmi əsasında qurulmuş vahid fişinq şəbəkəsinin elementləridir. Bu səbəbdən yalnız ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətini tam dayandırmaya bilər. Belə ki, mövcud resursların əvəzinə eyni yanaşma ilə yeni domen və hesabların yaradılması mümkündür.

MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları üzərindən yoxlamağı, tanımadıqları keçidlərdə bank kartı məlumatlarını paylaşmamağı tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
13:02 30.10.2026
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
12:53 30.10.2026
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?