Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
SOSİAL
17:18 25.09.2026
69

Son illər sosial şəbəkələr üzərindən fəaliyyət göstərən onlayn mağazaların sayı artıb. 

Instagram, TikTok və digər platformalarda müxtəlif məhsulların satışı ilə məşğul olan səhifələrdən alış-veriş edənlərin sayı da kifayət qədər çoxdur. Lakin bəzi hallarda alıcılar məhsulun pulunu əvvəlcədən ödədikdən sonra sifarişin göndərilməməsi, satıcının əlaqəni kəsməsi və səhifənin fəaliyyətini dayandırması ilə qarşılaşırlar. 

Belə halların qarşısını almaq üçün alıcıların məhsulu sifariş etməzdən və ödəniş etməzdən əvvəl onlayn mağazanın və satıcının etibarlılığını yoxlaması vacibdir. 

Bəs sosial şəbəkələrdə fəaliyyət göstərən onlayn mağazaların saxta və ya etibarsız olduğunu hansı əlamətlərdən müəyyən etmək olar? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, sosial şəbəkələrdəki onlayn mağazalarla bağlı əsas risklərdən biri istifadəçilərin səhifələrə heç bir yoxlama aparmadan güvənməsidir: 

"Sosial media platformaları, xüsusilə Instagram, Facebook və TikTok, müasir dövrdə böyük onlayn bazarlara çevrilib. Lakin bu rəqəmsal ekosistemdə anonimlik və yoxlama mexanizmlərinin zəifliyi dələduzluq əməliyyatları üçün əlverişli şərait yaradır. Xüsusilə ödənişin məhsul çatdırılmadan əvvəl tələb edilməsi rəqəmsal cinayətkarların ən çox istifadə etdiyi strategiyalardan biridir. Kibertəhlükəsizlik baxımından bu proses sosial mühəndisliyin bir növüdür. Cinayətkarlar texniki boşluqlardan daha çox insan psixologiyasından, xüsusilə tələskənlikdən, ucuz qiymət cazibəsindən və güvən hissindən istifadə edirlər”.



 

F.Musayev bildirib ki, saxta səhifələrdə yüksək izləyici sayı və müsbət rəylər də hər zaman etibarlılıq göstəricisi hesab olunmamalıdır: 

"Dələduz səhifələr adətən müəyyən bir dövrü izləyir. Məsələn, botlar vasitəsilə yüksək izləyici sayı və saxta müsbət rəylər yaradıla bilər. Daha sonra məhsullar bazar qiymətindən 30-50 faiz daha ucuz təqdim edilir. Bu isə alıcını tələsik qərar verməyə sövq edən əsas üsullardan biridir. Əgər satıcı sizdən məhsul əlinizə çatmadan əvvəl yalnız şəxsi kart nömrəsinə, yəni birbaşa bank köçürməsi etməyinizi tələb edirsə, bu, təhlükə siqnalı hesab oluna bilər. Mümkün olduğu hallarda təhlükəsiz ödəniş sistemlərindən və platformanın təqdim etdiyi qorunan ödəniş mexanizmlərindən istifadə etmək daha məqsədəuyğundur”. 

F.Musayev sosial şəbəkədə fəaliyyət göstərən səhifənin tarixçəsinin də yoxlanılmasını tövsiyə edib:

"Əgər profilin bütün paylaşımları qısa müddət ərzində sıfırdan başlayıbsa və istifadə olunan şəkillər əsasən internetdən götürülübsə, bu, şübhə doğuran əlamətlərdən biri ola bilər. Buna görə də səhifənin nə vaxt yaradıldığına, əvvəlki paylaşımlarına və fəaliyyət tarixçəsinə baxmaq lazımdır”. 

Ekspert bildirib ki, alıcılar yalnız mağazanın öz səhifəsində yerləşdirilən rəylərlə kifayətlənməməlidirlər: 

"Səhifənin özündəki şərhlərə deyil, mümkün qədər müstəqil mənbələrə də baxmaq lazımdır. Satıcının adı, telefon nömrəsi və ya mağazanın adı üzrə axtarış aparmaq, digər istifadəçilərin şikayətlərini araşdırmaq faydalıdır. Eyni zamanda aidiyyəti dövlət qurumlarının açıqlamalarını və dələduzluq halları ilə bağlı məlumatları da nəzərdən keçirmək olar”. 

F.Musayevin sözlərinə görə, sosial şəbəkədəki izləyici sayı və təsdiqlənmiş profil görüntüsü də mağazanın etibarlı olduğunu avtomatik şəkildə göstərmir: 

"Rəqəmsal mühitdə heç bir səhifəyə avtomatik güvənmək olmaz. Bir səhifənin milyonlarla izləyicisinin olması onun rəsmi və ya təhlükəsiz olduğunu sübut etmir. İstifadəçi alış-veriş etməzdən əvvəl məlumatın mənbəyini və satıcının etibarlılığını ayrıca yoxlamalıdır. Yeni və tanımadığınız satıcılardan alış-veriş edərkən mümkün olduğu halda qapıda ödəniş metoduna üstünlük vermək daha təhlükəsiz seçimdir. Əsas məqsəd məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan əvvəl ödəniş etməməkdir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:42 25.09.2026
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
17:38 25.09.2026
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
17:36 25.09.2026
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
17:33 25.09.2026
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
17:26 25.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
17:19 25.09.2026
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
17:18 25.09.2026
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
17:06 25.09.2026
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
16:40 25.09.2026
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
16:29 25.09.2026
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
16:21 25.09.2026
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
16:16 25.09.2026
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
16:05 25.09.2026
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
15:57 25.09.2026
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
15:46 25.09.2026
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi
15:45 25.09.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi