"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 150-200 kilometrliyində baş verən qəzada bir nəfər ağır xəsarət alıb".
AZXEBER.COM xəbər verir ki, bu məlumatı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mubariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
O, qeyd edib ki, hadisələr ödənişli yolun Bakı - Quba istiqamətində baş verib:
"1993-cü il təvəllüdlü Bakı şəhər sakini Gülgün Tahir qızı Rəfiyevanın idarə etdiyi "Chery" markalı 77-ED-687 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təkərində yaranmış nasazlıq səbəbindən avtomobil yoldan çıxaraq aşıb, sürücü yüngül bədən xəsarəti alıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü Güldəstə Natiq qızı Hüseynovanın idarə etdiyi "Chevrolet" markalı 77-GH-013 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Cavid Nəsib oğlu Nəsiblinin idarə etdiyi "KIA Optima" markalı 10-HD-202 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılıb. İlkin ehtimala görə, Cavid Nəsibli baş verən əvvəlki yol-nəqliyyat hadisəsini gördüyü üçün diqqəti yayınıb, avtomobilin sürətini azaldıb və bu zaman arxadan gələn Güldəstə Hüseynovanın idarə etdiyi avtomobil ona çırpılıb. Hadisə nəticəsində Güldəstə Hüseynovanın avtomobilində olan nənəsi 1952-ci təvəllüdlü Güldəstə Hüseynova aşağı ətrafın sınığı ilə xəstəxanaya yerləşdirilib. Digər şəxslərə isə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar, ciddi xəsarətləri yoxdur".