Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var
SOSİAL
15:31 13.01.2024
671
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR