Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO

Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO
HADİSƏ
15:41 02.04.2026
512
"Ötən gün saat 06:00 radələrində "Bentley” markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. O, qəza nəticəsində xəsarət alıb”​.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

R.Tağıyevin sözlərinə görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub: "Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır. Bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib”.
 

OXŞAR XƏBƏRLƏR