Deniz Baykal Türkiyədə baş verənləri Erdoğanın şousu adlandırdı

Deniz Baykal Türkiyədə baş verənləri Erdoğanın şousu adlandırdı
DÜNYA
23:15 16.07.2016
24313
Cumhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Antalya millət vəkili Dəniz Baykal, bir qrup hərbiçinin çevrilişə cəhd göstərmələrinə münasibət bildirib.
AZXEBER.COM "Qaynarinfo.Az"-a istinadən xəbər verir ki, sabiq sədr "Twitter" hesabında yazıb ki, 40 ili əhatə edən siyasi həyatım boyunca, nə çevrilişlər, işgəncələr gördüm, amma belə "tragikomik" bir "çevriliş ssenarisi" görmədim.
Dəniz Baykal bildirib ki, bu şoudan sonra belə qənaətə gəlmək olar: 1. Gülən camaatı məhv ediləcək. 2. Ordu yenidən dizayn ediləcək. 3. Prezidentlik sisteminə keçid olacaq. 4. Müxalifətin dirəniş gücü qırılacaq.
Çevrilişin deyil, prezidentliyin ayaq səslərini duymaqdayıq.
Çevriliş şounuzu, prezidentlik şounuz da daxil olmaqla hər şeyi anladıq. Nə edirlər etsinlər, hansı ssenarini qururlar qursunlar. Biz burdayıq. Ssenarilərini üzlərinə vuracağıq”.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR