Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı

Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
SOSİAL
21:38 28.09.2026
123
Müğənni Afət Fərmanqızı haqqında yayılan məhkəmə xəbərləri ilə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayılan xəbərlərə münasibət bildirib.

O, hüquqi məsələlərlə peşəkar vəkillərinin məşğul olduğunu qeyd edib:

"Haqqımda yayılan məhkəmə xəbərləri ilə bağlı bildirmək istəyirəm ki, hazırda mənim bu məsələlərlə bağlı vaxt itirməyə imkanım yoxdur. Toylardan, səhnə fəaliyyətimdən və yaradıcılıq işlərimdən başımı qaldıra bilmirəm. Hüquqi məsələlərlə isə peşəkar vəkillərim məşğul olur.

Bu işlərə hüquq sahəsində öz sözünü demiş, tanınmış və peşəkar vəkil Ceyhun Yusifovun rəhbərliyi ilə onun peşəkar komandası tərəfindən baxılır. Mən hüquqi proseslərin qanun çərçivəsində və peşəkar şəkildə aparılacağına güvənirəm.

Bunu da xüsusilə qeyd etmək istəyirəm ki, artıq 5 ildir ailə qurmuşam və Rusiyada yaşayıram. Həyatımdan, ailəmdən və sənətimdən son dərəcə məmnunam. Mən xoşbəxtlərin xoşbəxtiyəm!

Mənim yerimdə olmaq istəyən, mənim gördüyüm işi görmək arzusunda olan çoxsaylı qadın həmkarlarım var. Amma mən illərdir öz zəhmətim, sənətim və tamaşaçı sevgisi ilə qazandığım mövqeyin sahibiyəm. Özümü bir nömrəli toylar kraliçası kimi təqdim etməyim də məhz səhnədə və toy məclislərində qazandığım uzunillik uğurlara əsaslanır.

Mən xoşbəxt sənətkaram. Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən sevilmək, onların toy və tədbirlərində səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Xarici ölkədə yaşayıb öz xalqının qarşısında sevilən və aktual sənətçi olaraq qalmaq isə böyük zəhmət, məsuliyyət və davamlı fəaliyyət tələb edir.

Bu gün mənim əsas diqqətim ailəmə, sənətimə, səhnəmə və tamaşaçılarıma yönəlib. Haqqımda yayılan müxtəlif xəbərlərlə bağlı hüquqi məsələləri isə vəkillərimə həvalə etmişəm.

Mən səhnəmdə, vəkillərim isə hüquq müstəvisində öz işlərini görürlər. Qalan hər şeyi isə zaman və qanun göstərəcək".

Qeyd edək ki, bu gün Afət Fərmanqızı və Dəniz Əsədova arasında məhkəmə işinin hazırlıq iclası keçirilib. İş aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR