Dənizdə batan 6 nəfər xilas edildi

Dənizdə batan 6 nəfər xilas edildi
SOSİAL
23:15 20.07.2021
311
Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Mərdəkan”, "Nardaran”, "Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.
OXŞAR XƏBƏRLƏR