Dənizdə boğulan 32 yaşlı dekan müavini dəfn olunudu - FOTOLAR

Dənizdə boğulan 32 yaşlı dekan müavini dəfn olunudu - FOTOLAR
SOSİAL
11:54 19.06.2020
1060
Bakıda suda boğulan şəxs dekan müavini olub.

AZXEBER.COM-un məlumatına görə, Tural Qasımov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya və Biologiya fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
 
Qeyd edək ki,  dünən Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımov dostu ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən "Mayak” çimərliyində dənizdə üzərkən boğulub.

Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerində meyitə baxış aparılıb, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR