Sarıyerdə dənizə düşərək itən bacı və qardaş üçün Boğaziçi nəqliyyatı dayandırılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istnadən xəbər verir ki, noyabrın 23-də İstanbulun Sarıyer bölgəsində dənizə girərək itən iki qardaşın axtarışları çərçivəsində Boğazda gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada deyilir:
"Sarıyerdə dənizə düşərək itən iki qardaşın axtarışları çərçivəsində axtarışlar səbəbilə Boğaziçidə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb. Boğazda işlər aparılır”.
Xatırladaq ki, noyabrın 23-də dənizə düşən Ayşe Can (29) və onu xilas etmək üşün ardınca tullanan qardaşı Velat Canın (23) axtarışları davam edir.
Aysel