Çeşmədən Saqqız adasına qeyri-qanuni yollarla keçməyə çalışan suriyalı miqrantları daşıyan gəmi aşıb. Ötən gün baş verən hadisədə 1 miqrant ölüb, 2 nəfər isə itkin düşüb.
Mart ayında imzalanan "Geri Qəbul Razılaşması" ilə miqrantların qeyri-qanuni axını azalsa da, avqustda onlar yenidən fəallaşıblar.
15 suriyalı miqrantın köməyinə yetişən Sahil Təhlükəsizlik qrupları 12 adamı xilas edə biliblər.
///Milli.Az