Yaponiyanın Şizuoka əyalətinin Hamamatsu şəhərinin çimərliyində tapılan sirli metal kürə hər kəsi təşvişə salıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Şizuoka prefekturasının Hamamatsu şəhərinin çimərliyində sirli metal kürə tapılıb.
Səlahiyyətliləri təşvişə salan hadisədə sahildə diametri təxminən 1,5 metr olan kürənin göründüyü xəbərini alan təhlükəsizlik qüvvələri mina şübhəsi ilə bölgəyə bomba zərərsizləşdirmə qrupu göndərib.
Texniki ekspertizada metal kürənin boş olduğu və partlama riski daşımadığı müəyyən edilib və obyektin nə olduğunu və əraziyə necə çatdığını müəyyən etmək üçün ətraflı araşdırmaya başlanılıb.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl