Dənizdə itkin düşən neftçi oğluna toy etməyə hazırlaşırmış - VİDEO

Dənizdə itkin düşən neftçi oğluna toy etməyə hazırlaşırmış - VİDEO
SOSİAL
11:26 13.01.2017
1483
Salyanda yaşayan neftçinin ailəsindən reportaj

Meyiti tapılmayan neftçilərdən biri Elçin Həsənovun ailə üzvləri və qohumları hadisənin baş verdiyi estakadaya gedib, axtarış işlərinin gedişi ilə tanış olub. Bunu İstiPress-ə dənizdə batan mexanik Elçin Həsənovun oğlu Yaqub Həsənov deyib. Salyan rayonu, Qulam İsmayılov küçəsi ev 146-da yaşayan ailə öz təşəbbüsü ilə SOCAR-a müraciət edib. 

Ailənin əsas tələbi Elçin Həsənovun meyitinin tapılması və təhvil verilməsidir. Oğlu Yaqub Həsənov hadisədən bir gün öncə atası ilə danışdığını və yalnız səhər saatlarında faciədən xəbər tutduğunu deyir. 17 ildir Neft-qaz sənayesində çalışan Elçin Həsənov oğluna toy etməyə hazırlaşırmış. Ancaq indi ailəsi meyitini dəfn etmək barədə düşünür. Ailə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yardım edildiyini desə də, indiki halda əsəas istəklərinin ailə başçısının, atasının meyitinin tapılması olardı. 

2 övlad atası olan mexanik Elçin Həsənov 2016-cı il dekabrın 15-i səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçması nəticəsində itkin düşən 9 neftçidən biridir. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər əməkdaşı dənizə düşüb, itkin düşüb. Onlardan yalnız biri operator İlham Qafarovun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qalan 9 neftçidən isə xəbər yoxdur. 

OXŞAR XƏBƏRLƏR