Dənizdəki qayıqdan tapılan meyitlərin kimliyi bilindi - RƏSMİ

Dənizdəki qayıqdan tapılan meyitlərin kimliyi bilindi - RƏSMİ
SOSİAL
10:57 25.05.2018
6222
24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.
 
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR