Dənizdən bıçaqlanmış kişi meyiti tapıldı

Dənizdən bıçaqlanmış kişi meyiti tapıldı
SOSİAL
10:37 27.06.2018
2779
Sumqayıtda dənizdən kişi meyiti tapılıb
 
AZXEBER.COM Report-a istinadla xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.

Cəsəd sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.

Meyitin Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğluna məxsus olması məlum olub.

Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR