Dənizə girmək orucu pozurmu?

MƏDƏNİYYƏT
12:02 26.07.2013
3439

Ramazan ayı boyunca oruclu insanları daim bu mövzular ətrafında suallar maraqlandırır. 

Kimiləri çimmək, dişlərini fırçalamaq, saçlarını yumaq kimi təmizlik işlərini iftardan sonraya saxlamağı seçsələr də, kimiləri bunlara əhəmiyyət vermirlər. Bəs görəsən diş fırçalamaq, dənizdə çimmək orucu pozar? 

Dini ekspertlər bu cür fikirlərin doğru olmadığını bildirirlər. Əslində dişləri fırçalamaq, çimmək orucu pozmaz. Buna istər hamamda, istərsə də dənizdə çimmək aiddir. Ramazan ayının isti aylara təsadüf etdiyini nəzərə alsaq, görərik ki, istidə sərinləmək üçün yuyunmaq mütləqdir. Bu həm də susuzluq hissini azaltmış olur. Dənizə girərkən ağıza su girmədiyi halda bunun oruca heç bir təsiri ola bilməz. 

Bəs makiyaj?

Makiyaj da orucu pozmur. Burada bir məsələyə diqqət etmək lazımdır. Dodaq kirşənlarının dadı, şirəsinin dil ilə qida borusuna getməməsinə fikir vermək lazımdır. 

Siqaret tüstüsü

Sirr deyil ki, getdiyimiz məkanların, rastlaşdığımız insanların əksəriyyəti siqaret istifadəçisidir. Əgər bilərəkdən tüstünü udmuş olarıqsa bu orucu pozar. Əgər oturduğunuz otaqda kimsə siqaret çəkərsə, mütləq otağı tərk edin. Vəziyyət fərqli olarsa, məsələn yolda gedərkən bizdən qarşıda gedən adamın siqaret tüstüsü özümüzdən asılı olmayan halda üzərimizə gələrsə, bu zaman oruc pozulmaz.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR