Dənizkənarı Milli Park Niderlandda Ümumdünya Şəhər Parkları mükafatına layiq görülüb

MƏDƏNİYYƏT
17:44 25.09.2024
752
Dənizkənarı Milli Park unikal təbii kompleks kimi "International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatının qalibi elan edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, mükafat Dənizkənarı Bulvar İdarəsinin nümayəndə heyətinə Niderland Krallığının Utrext şəhərində keçirilən "Future Green City Congress” beynəlxalq konfransında təqdim olunub.

Şəhərlərdə parkların idarə edilməsi və dayanıqlı inkişafı, şəhər mühitinin yaşıllaşdırılması və təbiətinin mühafizəsi sahəsində nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Ümumdünya Şəhər Parkları Təşkilatı (World Urban Parks Organization) tərəfindən təsis edilən mükafatın qalibləri şəhər parklarının idarə olunmasının keyfiyyəti, səmərəliliyi və dayanıqlılığı, sosial, iqtisadi, ekoloji əhəmiyyəti və s. meyarlar əsasında keçirilən müsabiqə əsasında müəyyən edilir.

İqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı COP29 kimi mötəbər tədbirə ev sahibliyi ərəfəsində Dənizkənarı Milli Parkın ekoloji sağlam mühitinin və effektiv idarə edilməsinin beynəlxalq səviyyədə qiymətləndirilməsi onun estetik gözəlliyi, şəhər mədəniyyətində oynadığı rol, davamlılıq prinsiplərinə sadiqliyi ilə yanaşı, həm də parkın beynəlxalq miqyasda daha çox tanınmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, ötən illərdə mükafata layiq görülmüş parklar sırasında Kanadanın Ruj Milli Şəhər Parkı, Yeni Zelandiyanın Oklend Botanika Bağları, Dubay Safari Parkı kimi parklar yer alıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq