18 saylı Nərimanov – Nizami seçki dairəsindən deputatlığa namizəd Tural Məmmədzadə yeni görüşlərini keçirib. Dairə üzrə ən gənc namizəd olan 28 yaşlı jurnalist, fəal təbliğat prosesi keçirməklə özü haqqında kifayət qədər müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə namizəd haqqında yeni video yayımlanıb, Turalın keçirdiyi görüşlər və fəaliyyətini əks etdirən video insanlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Tural Məmmədzadə 10 ildir ki, jurnalist fəliyyəti ilə məşğuldur, müxtəlif kanallarda teleaparıcı kimi çalışıb, bir çox media qürumlarına rəhbərlik edib. Jurnalist fəaliyyəti ilə yanaşı Tural, Azərbaycanda bir çox nüfuzlu şirkətlərin Marketinq və PR rəhbəri vəzifəsində çalışıb.