Deputatdan məktəblinin zorlanmasına reaksiya: 14 yaşlı qızın hoteldə nə işi olub?

Deputatdan məktəblinin zorlanmasına reaksiya: 14 yaşlı qızın hoteldə nə işi olub?
SOSİAL
12:39 05.02.2019
6733
Hesab edirəm ki, bizim qanunvericilik, xüsusilə cinayət qanunvericiliyimiz xeyli sərtləşdirilməlidir. Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır.

AZXEBER.COM xəbər verir ki, bunu oxu.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı son zamanlar yetkinlik yaşına çatmayan, gənc, yeniyetmə qızların cinsi istismara məruz qalması hallarının artması, həmçinin, 14 yaşlı qızın hotel əməkdaşı tərəfindən təcavüzə uğraması məsələsinin cəmiyyətdə, mediada geniş rezonansa və kəskin etirazlara səbəb olmasına münasibətini bildirərkən deyib.

Komitə sədri bu məsələlərin hər kəsi, o cümlədən, xalqın təmsilçiləri olan millət vəkillərini ciddi narahat etdiyini bildirib və qeyd edib ki, yaxın zamanlarda parlamentdə məhz bu məsələlərlə bağlı növbəti geniş dinləmələrin keçirilməsi nəzərdə tutulur.

A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib. 

Qeyd edib ki, elə məsələlər var ki, onları təkcə qanunlarla tənzimləmək olmur, mümkün deyil, burada mənəviyyat, əxlaq qanunları da rol oynamalı, öz sözünü deməlidir:

"14 yaşlı qızla bağlı məsələyə gəlincə, bu, çox ürəkağrıdıcı və qandondurucu bir hadisə, cinayət əməlidir və bunu edənlər hüquqi yolla ən sərt şəkildə cəzalandırılmalıdır. Amma bu məsələnin kökünü də bilmək gərəkdir.

Axı bu 14 yaşlı qızın hoteldə nə işi olub, o, necə ora gedib, nə üçün gedib? İş məqsədiləmi ora gedib, yoxsa ailəsindəmi hansısa problemlər yaşanıb, olub, var?  Necə olub ki, hotelə getməsindən onun ailəsinin, valideynlərinin xəbəri olmayıb? Onlara hara baxıblar, baxırlar? 
Bilirsiniz, çox dəhşətli bir mənzərədir, sanki ailələr, valideynlər öz övladlarından ayrı düşüblər... Bir çoxları artıq öz övladlarının bu gününü, gələcəyini taleyin amansız axarına buraxıblar. Ailə, valideyn olmaq təkcə övlad dünyaya gətirmək deyil, bununla iş bitmir, ailə, valideyn olmaq həm də məsuliyyət, dünyaya gətirdiyi övlada sahib çıxmaq deməkdir.

Bir çoxları sanki bunu unudublar. Eyni zamanda, burada məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu məsələdə ciddi cavabdehlik daşıyırlar və daşımalıdırlar. Məktəb təkcə təhsil demək deyil, həm də təlim-tərbiyə deməkdir. Hesab edirəm ki, məktəblərdə təlim-tərbiyə məsələlərinə, nizam-intizama ciddi riayət etməlidirlər.

Axı 14 yaşlı qız məktəb yaşlı qızdır, o, məktəbə gedirmi, getmirmi, necə olub ki, təhsildən yayınıb, bunun kökü nədən, ailədən, yoxsa kənar amillərdən başlayır, bunlar bilinməlidir. 

Yadınıza gəlirsə, əvvəllər məktəblərdə ailə komitələri vardı, onlarla məktəblərlə, müəllim kollektivləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərir, əməkdaşlıq edir,  təlim-tərbiyə işlərinin düzgün qurulmasında öz töhfələrini verirdilər". 
Komitə sədri hesab edir ki, məktəblərdə belə komitələrin yenidən yaranmasına, bərpasına ehtiyac var. 

"Siz bu faktı xatırlatdınız, bir neçə gün öncə Azərbaycanın bölgələrindən birində daha bir dəhşətli hadisə yaşandı, ana iki uşağını atıb getdi, indi nə qızın anası, nə də qayınanası onlara yaxın durur.

Bu, çox dözülməz məsələdir. Bunu da təkcə maddi-sosial durumla əlaqələndirmək düzgün deyil. Axı sən bu uşağı dünyaya gətirmək üçün əzab-əziyyətə qatlaşırsan, doqquz ay onu bətnində gəzdirirsən, dünyaya gətirirsən, sonra onlardan imtina etməyə, küçənin ortasına atmağa necə ürəyin qıyır, əlin gəlir?

Axı övlad üçün burnunun ucu göynəyən insanlar, ailələr, valideynlər var. Onlar illərlə, on illərlə çalışırlar, bütün müalicə-müayinələrdən, həkimlərdən keçirlər ki, övladları olsun.

Amma sən götürüb övladını, canından bir parçanı küçənin ortasına atırsan...

Bilirsiniz, bir qədər sərt çıxmasın, bəzi insanlar sanki hər şey unudublar, heç nə veclərinə deyil, abır-həya, ar-namus nə olduğunu yadlarından çıxarıblar. Bizim leksikonumuzda abır, həya, ar, namus, ismət sözləri var.

Bunlar artıq az qala unudulub, leksikonumuzdan çıxarılıb. Biz nə edirik, biz hara gedirik bununla? Axı bizim öz əxlaqi, milli-mənəvi dəyərlərimiz var, onları necə tapdalamaq, ayaqlar altına atmaq olar?

Bununla belə, mən heç də o fikirdə deyiləm ki, bizdə belə hallar çoxdur. Dünyanın hər yerinə baxsaq, görərik ki, bizdəkindən də betər hallar, hadisələr var. Amma eyni zamanda, bizdə belə hallar nəinki az olmalı, ümumiyyətlə, olmamalıdır.

Bu, yolverilməzdir. Bizi başqa xalqlarla qarışdırmaq, eyniləşdirmək olmaz. Bizim öz əxlaqımız, öz dəyərlərimiz var və bu dəyərlər daha üstün şəkildə qorunub, saxlanılmalı, gələcək nəsillərə ötürülməlidir.

Burada həm çəmiyyət, həm valideynlər, həm təhsil müəssisələri əl-ələ verib birgə fəaliyyət göstərməli, milli-mənəvi dəyərlərimizə zidd halların aradan qaldırılmasına çalışmalıdırlar. Çünki dediyim kimi, hər bir məsələni təkcə qanunlarla tənzimləmək olmur", - A.Naxçıvanlı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb