Deputat: Ağdamda minaların xəritəsinin Azərbaycana verilməsi İlham Əliyevin növbəti diplomatik uğurudur

Deputat: Ağdamda minaların xəritəsinin Azərbaycana verilməsi İlham Əliyevin növbəti diplomatik uğurudur
SİYASƏT
13:55 13.06.2021
444
Ermənistanın Ağdam rayonuna dair minaların xəritəsini verməsi ölkə prezidentinin növbəti diplomatik uğuru oldu.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında  Milli Məclisin İnsan Hüquqlarl komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.
 
"44 günlük Vətən Müharibəsində Azərbaycan zəfər çaldı,ərazi bütövlüyünü bərpa etdi. Bizim qarşılaşdığımız növbəti problem məhz Ermənistan tərəfindən işğal azad olunmuş ərazilərdə basdırılmış minalarının xəritələrinin Azərbaycana təqdim edilməməsi oldu. 10 noyabr sazişinə Ermənistan sadiq qalmayaraq, məhz bu xəritələrin Azərbaycana təqdim edilməsindən boyun qaçırtdı.Bugünə qədər bu ərazilərdə onlarla Azərbaycan vətəndaşı yaralanıb, həlak olub. Prezident bütün görüşlərində beynəlxalq təşkilatlar və dövlət rəsmiləri qarşısında bu problemi dəfələrlə qaldırıb. Bu gün Ermənistan tərəfindən Ağdam rayonu ərazisində basdırılmış tank və insan əlehinə minalarının xəritəsini Azərbaycana təqdim ediləcəyi ilə bağlı əldə edilmiş razılıq ölkə prezidentin növbəti diplomatik uğurudur.Biz bu xəritəni əldə etməklə həm Ağdam rayonu ərazisində basdırılmış 100 mindən çox minanı asanlıqla təmizləyə biləcəyik, həm vətəndaşlarımızın  minaya düşərək həlak olması təhlükəsini aradan qaldıracayıq,həm də dövlət milyonlarla vəsaitə qənaət etmiş olacaq.Ümid edirik həyata keçirilən bu siyasət tezliklə digər bölgələrdə basdırılmış minaların xəritəsinin də əldə edilməsi ilə bağlı müsbət nəticələri bizə verə biləcək"- deyə millət vəkili əlavə edib.
OXŞAR XƏBƏRLƏR