Deputat Afrikanın xanım nazirlərini Azərbaycana dəvət etdi (FOTO)

Deputat Afrikanın xanım nazirlərini Azərbaycana dəvət etdi (FOTO)
MARAQLI
08:16 04.06.2011
1991
Butanın Təhsil naziri Pema Dema, Maldivinin Kənd Təsərrüfatı naziri Şafia Aminat, Keniyanın Ali Təhsil naziri Hellen Jepkomoi Sambilinin başçılıq etdiyi nümayəndə heyəti, Argentinada Neuyuen hökumətinin vitse-qubernatoru Ana Maria Peçenlə, UNİCEF-in rəsmi nümayəndəsi Malinka Koparanova, Şri-Lankanın Kolombo Universitetinin vitse-prezidenti, professor Kşanika Hirimbureqama, Mexiko Universitetininin departament direktoru, professor Marsia Hiriart, Yaponiyanın Kobe Universitetinin departament direktoru, professor Roumiana Tsenkova, İspaniyanın Elm və İnnovasiya Nazirliyinin departament direktoru İnes Sançes de Madariaqa ilə görüşüb. 

Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar vermişdir. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarında qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə də məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınıar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib. Müxtəlif ölkələrdən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri, nazir və alim xanımlar Azərbaycanla bağlı ətraflı məlumatların və onlara təqdim edilən materialların onlar üçün vacib və əhəmiyyətli olduğunu, öz fəaliyyətlərində onlara diqqət yetirəcəklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevdən millimizlə bağlı paylaşım - FOTO
20:18 02.06.2025
İlham Əliyevdən millimizlə bağlı paylaşım - FOTO
Sumqayıtın bu ərazisində qaz OLMAYACAQ
20:12 02.06.2025
Sumqayıtın bu ərazisində qaz OLMAYACAQ
Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olunub
20:04 02.06.2025
Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olunub
İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifinə mənfi cavab hazırlayır
19:51 02.06.2025
İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifinə mənfi cavab hazırlayır
"Atletiko" Qrizmannın müqaviləsinin müddətini uzatdığını açıqlayıb
19:40 02.06.2025
"Atletiko" Qrizmannın müqaviləsinin müddətini uzatdığını açıqlayıb
Paşinyan: Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz
19:29 02.06.2025
Paşinyan: Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz
KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır
19:11 02.06.2025
KİV: İran ABŞ-ın nüvə təklifini rədd etməyə hazırlaşır
Baş nazir: Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır
18:59 02.06.2025
Baş nazir: Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır
İsrail Qəzza zolağında onlarla hərbi hədəfə zərbə endirib
18:46 02.06.2025
İsrail Qəzza zolağında onlarla hərbi hədəfə zərbə endirib
"Barselona" qapıçısı ilə yolları ayıra bilər
18:38 02.06.2025
"Barselona" qapıçısı ilə yolları ayıra bilər
Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
18:24 02.06.2025
Zelenski: Ukrayna lazımi silahların 40 faizini özü istehsal edə bilər
Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
18:10 02.06.2025
Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
Türkiyədə mikroavtobus aşdı: 2 ölü, 15 yaralı
17:52 02.06.2025
Türkiyədə mikroavtobus aşdı: 2 ölü, 15 yaralı
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:51 02.06.2025
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
"Üç şeyə görə sənə ömrümün axırına kimi minnətdar olacağam" - Cavidandan xanımına
17:50 02.06.2025
"Üç şeyə görə sənə ömrümün axırına kimi minnətdar olacağam" - Cavidandan xanımına
“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
17:42 02.06.2025
“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür