Deputat: “Azərbaycanda dərmanların əksəriyyəti keyfiyyətsizdir”

Deputat: “Azərbaycanda dərmanların əksəriyyəti keyfiyyətsizdir”
SOSİAL
13:29 05.04.2019
4529
"Azərbaycanda qəbul edilmiş qanunların tətbiqində problemlər var”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.

"Bir tərəfdən ölkədə müasir istehsal sahələri qurulur, digər tərəfdən idxal hesabına Azərbaycan keyfiyyətsiz məhsulların poliqonuna çevrilib. Xarici ölkədən gətirilən malların, o cümlədən dərmanların əksəriyyəti keyfiyyətsizdir və bunun qarşısı alınmaldır”, - o deyib.
OXŞAR XƏBƏRLƏR