Deputat: “Azərbaycan Yaxın Şərqdə stabillik faktoruna çevrilib”

Deputat: “Azərbaycan Yaxın Şərqdə stabillik faktoruna çevrilib”
SİYASƏT
17:12 14.07.2025
299
Bu gün AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan ilə Suriya arasında formalaşmaqda olan münasibətlər və Azərbaycanın Yaxın Şərqdə artan rolu barədə fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə stabillik faktoruna çevrilib:
"Bu gün Azərbaycan geosiyasi oyunçu olaraq dünyanın geosiyasi mənzərəsinin formalaşdığı Yaxın Şərqdə mühüm rol oynayan bir ölkəyə çevrilib. Mən digər bölgələri və dövlətləri aşağılayıcı mənada qeyd etmirəm, amma bu gün geosiyasi gündəm əsasən Yaxın Şərqdə müəyyənləşir.”

Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdə stabillik yaratması, Türkiyə və Suriya ilə formalaşan əməkdaşlığı müsbət qarşılanmalıdır:
"Azərbaycan-Türkiyə-Suriya ittifaqı yeni müsbət xarakter daşıyan bir müttəfiqlikdir. Suriya geosiyasi baxımdan çox mühüm ölkədir – Aralıq dənizinə çıxışı var, Türkiyə ilə həmsərhəddir. Lakin illərdir davam edən münaqişələr nəticəsində Suriya dağılmış vəziyyətə düşüb və bölgədə destabilizasiya faktoru kimi çıxış edib.”

Deputat qeyd edib ki, Suriyadan milyonlarla qaçqının Türkiyəyə köçməsi bu ölkə üçün ciddi yükə çevrilib. Onların saxlanılması və geri qayıdışı məsələsində Azərbaycanın diplomatik aktivliyi xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanın bu istiqamətdə uğurlu diplomatik fəaliyyəti Yaxın Şərqdə artan rolumuzu göstərir. Bu, bölgədə daha çox müsbət nəticələrə gətirib çıxaracaq.”

Enerji təhlükəsizliyi mövzusuna toxunan Tural Gəncəliyev bildirib ki, Azərbaycan bu sahədə də mühüm töhfələr verir:
"Baxmayaraq ki, Yaxın Şərq özü enerji habıdır, Azərbaycan Suriyaya enerji təhlükəsizliyi baxımından dəstək göstərməklə sübut edir ki, təkcə enerji resurslarına malik olmaq kifayət deyil. Onların sabit ixracı, nəqli və təhlükəsizliyi də vacibdir. Azərbaycan bu sahədə də dünya səviyyəsində uğurlu aktora çevrilib.”
 
Oksana Orucova 
OXŞAR XƏBƏRLƏR