Deputat: "Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onda külli miqdarda vəsait aşkarlanır"

Deputat: "Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onda külli miqdarda vəsait aşkarlanır"
SİYASƏT
14:25 23.12.2022
186
"Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti çıxır".

Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Aşkar olunan vəsaitlərin dövlətə məxsus olduğunu vurğulayan deputat bildirib ki, bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır: "Cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil. Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflaşdırılmasının vaxtı çatıb. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun".
 
///Report
OXŞAR XƏBƏRLƏR