Deputat: "Azərbaycanın Özbəkistanda geniş təbliğinə ehtiyac var"

Deputat: "Azərbaycanın Özbəkistanda geniş təbliğinə ehtiyac var"
SOSİAL
18:00 01.10.2019
6299
Deputat Qənirə Paşayeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edərək birliyimizi daha da gücləndirməliyik deyib.

AZXEBER.COM xəbər verir ki, o, Daşkənddə "Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olub.

Sonra isə Azərbaycandan gəlmiş nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə birgə "Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçirib. İlk öncə Musiqi teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşmüş, sonra isə özbək dramaturqu Kuçkar Narqabilin "Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında hazırlanmış tamaşaya baxış olub. Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmış və sözü çıxış üçün millət vəkili Qənirə Paşayevaya verib.

Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, bu əlaqələrin qədim tarixi, bugünki vəziyyəti, iki xalq arasındakı tarixi dostluq, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış edib. Qənirə Paşayeva öz çıxışında qeyd edib ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun” əsərini səhnəyə qoyublar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm edib. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda "Mədəniyyət günləri” dekadaları keçirilib.

Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən deputat qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Hər iki qardaş ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən Qənirə Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Millət vəkili bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək.  Daha sonra, millət vəkili Qənirə Paşayeva Özbəkistan tərəfinə Azərbaycan suvenirləri və yeni nəşr olunan "Azərbaycan-özbək, özbək-Azərbaycan luğəti”ni hədiyyə etmişdir. Açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış edib.

O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin "Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirib. Mədəniyyətin iki tərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirib. Sonda Kuçkar Narqabilin "Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olub.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyi, "Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilən Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimində iştirak edib və çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkə arasında bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Millət vəkili Q.Paşayeva "Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb