Deputat Ceyhun Osmanlı Türkiyədə səfərdədir

Deputat Ceyhun Osmanlı Türkiyədə səfərdədir
02:21 20.06.2012
1754
Milli Məclisin deputatı Ceyhun Osmanlı Xəzər Strateji İnstitutu tərəfindən keçirilən tədbirdə iştirak etmək üçün Türkiyədə səfərdədir. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, İstanbulda baş tutan toplantıda qanunvericilik sahəsində mövcud əlaqələrin inkişafı, Türkiyə mətbuatına Azərbaycan gündəliyinin gətirilməsi üzrə tədris məsələsi müzakirə ediləcək. Deputat Azərbaycan parlamentinin əldə etdiyi uğurlar, ölkədə həyata keçirilən gənclər siyasəti barədə tədbir iştirakçılarına danışacaq, müzakirə edilən məsələlərə münasibətini bildirəcək.
OXŞAR XƏBƏRLƏR