Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir

Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
MAQAZİN
10:42 06.04.2026
337
2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyinin "xarici agentlər” siyahısına daxil edilən rusiyalı aktyor Maksim Qalkin Bakıya gəlir.
 
AZXEBER.COM xəbər verir ki, onun Bakıya səfəri 8 may tarixində baş tutacaq.
 
Aktyor Bakı Konqres Mərkəzində yeni konsert proqramı ilə çxış edəcək.
 
Xatırladaq ki, maksim Qalkin 2022-ci ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər” siyahısına daxil edilib. Bu qərarın səbəbi kimi onun siyasi fəaliyyətlə məşğul olması və Ukrayna müharibəsinə qarşı açıq mövqe bildirməsi göstərilib. O, sonradan bu statusun ləğvi üçün məhkəməyə də müraciət etsə də, müsbət nəticə əldə etməyib.
 
O hazırda həyat yoldaşı Alla Puqaçova və iki övladı ilə Kiprdə yaşayır.
 
Aysel


 

OXŞAR XƏBƏRLƏR