Deputat Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qiymətləndirdi

Deputat Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qiymətləndirdi
SOSİAL
14:08 05.07.2021
321
Millət vəkili Mahir Abbaszadə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının Azərbaycanın müstəqillik tarixindəki ən mühüm addımlardan biri olduğunu, müstəqillik əldə edəndən sonra xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasının ölkəmiz üçün prioritet təşkil edən məsələ olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, Mahir Abbaszadə Diasporla iş üzrə Dövlət Komitəsinin Ulu Öndər Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə yaradıldığını və əsas məqsədin xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin təmin olunması, Azərbaycan üçün önəmli məsələlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu və Azərbaycan diasporunun bunun öhdəsindən layiqincə gəldiyini bildirib.

"Qarabağın qədim Azərbaycan torpağı olması, erməni işğalı nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi rol oynayıb. 44 günlük müharibə zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin tutduğu mövqe, xaricdə yaşayan azərbaycanlıları bir araya gətirməsi, diasporumuzun Azərbaycanın haqqlı mövqeyini müdafiə etməsi və dünyaya bəyan etməsi cənab prezidentin yürütdüyü siyasi xəttin davamı idi”-deyə deputat bildirib.
 
Müharibədən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında duran hədəflərin dəyişdiyini bildirən Mahir Abbaszadə bir məqamı xüsusilə vurğulayıb: "Bu günə qədər diasporumuz işğal altında olan torpaqların geri qaytarılması ilə bağlı dünya ictimaiyyətinin diqqətini çəkirdi, artıq Diasporla İş üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərdə yaşayış bərpa olunandan sonra beynəlxalq təşkilatların, dünyaya səpələnmiş azərbaycanlıların, Azərbaycan evlərinin nümayəndələrinin bu bölgələrə səfərlərinin təşkil edilməsində və bölgədəki inkişafın, yenidənqurmanın dünyaya çatdırmasında mühüm rol oynayacaq və mən inanıram ki, Komitə bunun öhdəsindən layiqincə gələcək”.

Deputat həmçinin əlavə edib ki, 2018-ci ildə Komitəyə Fuad Muradovun sədr təyin olunması Komitənin fəaliyyətində müsbət dəyişikliklərə ciddi təkan verib.
Komitə əməkdaşlarını təbrik edən Mahir Abbaszadə şərəfli və çətin yolda onlara uğurlar arzulayıb və işlərinin öhdəsindən layiqincə gələcəklərinə əminliyini ifadə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı