Deputat “Green card” barədə: “Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil”

Deputat “Green card” barədə: “Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil”
SOSİAL
13:47 09.05.2022
472
"Dünyanın bütün ölkələrində, xüsusilə gənclər xarici ölkələrə üz tutmağa meyilli olurlar. Yəni, o demək deyil ki, təkcə Azərbaycanda gənclər başqa ölkələrə gedirlər. Bu, Avropa ölkələrinə də şamil edilə bilər. Bu gün Bakı küçələrində gəzəndə ərəbləri, ingilisləri, türkləri və başqa millətlərin nümayəndələrini görürük. Yəni, Azərbaycana gəlib burada yaşamağa üstünlük verənlər də var”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Amerikada yaşamaq üçün "Green card” qazananlardan danışarkən deyib.

Deputatın sözlərinə görə, ölkəni tərk edib başqa yerdə yaşamaq onu deməyə əsas vermir ki, burada yaşayış üçün normal şərait yoxdur: "Doğrudur, Azərbaycandan xarici ölkələrə gedənlər çoxdur, amma nəzərə almaq lazımdır ki, bizim ölkəyə üz tutanlar da az deyil. Ölkəmizdə yaşayış üçün münbit şərait yaradılıb. Ola bilər ki, gənclər xarici ölkələrə əsasən təhsil almaq, nisbətən də işləmək üçün gedirlər. Azərbaycanda elə orta yaşlı təqaüdçü ingilislər var ki, qiymətlər, xüsusilə də ərzaq məhsulları daha ucuz olduğu üçün ölkəmizdə yaşamağı seçiblər. Bu proses dünyanın hər yerində gedir, insanlara necə xoşdursa, elə də yaşayırlar. Sevindirici haldır ki, belə şərait yaranıb, yəni, insanlar istədikləri ölkədə rahat yaşayışlarını təmin edə bilirlər. Burada qəbahət görmürəm. Azərbaycandan elə görünür ki, insanlar ABŞ-a üz tuturlar. Digər ölkələrdə vəziyyət başqa cür ola bilər. Statistika təqdim edilərsə, yəqin, aydın olar ki, başqa ölkələrdən Azərbaycana gələnlər Amerikaya gedənlərdən heç də az deyil. Sadəcə olaraq, burada Azərbaycanla ABŞ arasında ərazi və əhali fərqi nəzərə alınmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu