Deputat hökumətə təklif verdi: "Xaricdəki pullarımızı ölkəyə gətirin"

Deputat hökumətə təklif verdi: "Xaricdəki pullarımızı ölkəyə gətirin"
SOSİAL
14:35 02.12.2016
17691

Qüdrət Həsənquliyev: "Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə, 4 faizlə veririk”


"Mən builki büdcə müzakirələrinə ürək ağırısı ilə qatılıram. Çünki bizim 25 milyard dollarlıq büdcəmiz bu il faktiki olaraq üç dəfə azalıb”.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev belə deyib. Deputat xatırladıb ki, ötən illərdəki büdcə müzakirələrində o və bəzi deputat həmkarları daima Azərbaycan iqtisadiyyatının neftdən asılılığına diqət çəkib, hökuməti tədbirlər görməyə çağırıb: "Amma bizə deyirdilər ki, hər şey əladır, gözəldir. Sevinc xanım (iqtisadi inkişaf nazirinin müavini) o vaxt proqnozlar verməli idi ki, neftin qiyməti aşağı düşsə, bizi nə gözləyəcək. 10 milyonluq ölkə üçün 9 milyonluq büdcə çox kiçik rəqəmdir. Pribaltika ölkələrinin hər birində 2-3 milyon əhali var, amma 9 milyard avroluq büdcələrə sahibdirlər. Bu müqayisə çox şey deyir”.

Q.Həsənquliyev müəllimlərin və həkimlərin əməkhaqqının artırılmasını təklif edib: "Pensiyaları ən azı iki dəfə artırmaq lazımdır. Ön xətdəki hərbçilərin maaşını da artırmalıyıq”. O, həmçinin bildirdi ki, QHT-lərin xaricdən qrant alması sadələşdirilməldir: "Bu, bizim ölkənin imicinə də müsbət təsir edər, həmçinin bu sektorun inkişafına təkan verər”. Deputat bu yaxınlarda Füzulidən olan qaçqın ailəsinin yanaraq məhv olmasına diqqət çəkib: "Mən o xəbərə baxanda ürəyim parçalandı. Qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdılması lazımdır. Bu ölkə üçün prioritet idman obyektlərinin tikilməsidir, yoxsa qaçqın və məcburi köçkünlərin normal mənzillə təmin ediməsi? Əgər dövlət öhdəsindən gələ bilmirsə, torpaq sahələri ayrılsın və güzəştli şərtlərlə şirkətlərə şərait yaradılsın”. Deputat ardınca "dövlət qurumlarını 30 fazi ixtisar etmək lazımdır  ki, məmurlar normal maaş alsınlar”-deyə, əlavə etdi. 

Q.Həsənquliyev maliyyə nazirinə müraciət edib: "Samir müəllim, sizə təşəkkür edirəm, gec də olsa, Beynəlxalq Bankdakı talanın qarşısının alınmasında xidmətiniz olub. Builki dövlət büdcəsindən artıq, 10 milyard vəsait talan olunub”. Deputat sahibkarlığa dəstək verilməməsinə də etiraz edib: "Sahibkarlığa Yardım Fonduna vəsait ayırmırıq, banklar kredit vermirlər, manat da üzür. Sahibkar bilməlidir ki, manatın kursu necə olacaq. Əks təqdirdə o, vəsait xərcləməyəcək”. 

Deputat xaricdəki vəsaitləri ölkəyə gətirməyə çağırdı: "Serbiyaya 350 milyon vəsaiti 15 illiyinə 4 faizlə veririk. Amma Azərbaycan Dəmir Yolları kredit axtarır. Mənim məlumatıma görə, həmin vəsaitlər 0,89 faiz gəlir gətirir. Gətirin 4 faizlə yerli banklarda saxlayın və vəsaitlər də ölkənin inkişafına yönəldilsin. Sabah Cavid Qurbanov gedib dəmir yolu üçün kredit götürsə, ən azı 7 fazilə alacaq”. 

Deputat ardınca iri şirkətləri özəlləşdirməyə çağırdı: "Azərsu, Azəriqaz, Azəişıq özəlləşdirilməsə, vəziyyət dəyilməyəcək”. (musavat.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO
15:35 22.07.2025
Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO
“Bu gün Azərbaycanda media ilə dövlətin vəhdəti milli gücün əsas sütunlarından biridir”
15:32 22.07.2025
“Bu gün Azərbaycanda media ilə dövlətin vəhdəti milli gücün əsas sütunlarından biridir”
"Eyyub Yaqubovla yeni konsert layihəsi hazırlayırıq" - Prodüserdən açıqlama
15:17 22.07.2025
"Eyyub Yaqubovla yeni konsert layihəsi hazırlayırıq" - Prodüserdən açıqlama
Jalə Əliyeva: "Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadır"
15:14 22.07.2025
Jalə Əliyeva: "Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadır"
Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ
15:10 22.07.2025
Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ
"“Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün şərəf və qürur mənbəyidir"
15:05 22.07.2025
"“Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün şərəf və qürur mənbəyidir"
Türkiyədə mədəndə çökmə: 5 işçi xəstəxanalıq oldu
14:59 22.07.2025
Türkiyədə mədəndə çökmə: 5 işçi xəstəxanalıq oldu
İranda istilər su və elektrik təchizatında fasilələrə səbəb olub
14:43 22.07.2025
İranda istilər su və elektrik təchizatında fasilələrə səbəb olub
İyul ayının pensiya ödənişi yekunlaşdı
14:33 22.07.2025
İyul ayının pensiya ödənişi yekunlaşdı
Aybəniz Haşımovanın "Sənət Akademiyası" Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır
14:28 22.07.2025
Aybəniz Haşımovanın "Sənət Akademiyası" Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır
Aysun yeni münasibətə başladı: "Hər kəs sussun!"
14:07 22.07.2025
Aysun yeni münasibətə başladı: "Hər kəs sussun!"
Musiqiçini maşın vurub öldürdü - Foto
14:02 22.07.2025
Musiqiçini maşın vurub öldürdü - Foto
Elçin bu dəfə şəhid övladları üçün oxudu
13:56 22.07.2025
Elçin bu dəfə şəhid övladları üçün oxudu
Azərbaycan XİN rəhbəri: Ermənistanla sülh yolunda yaxşı perspektivlər mövcuddur
13:53 22.07.2025
Azərbaycan XİN rəhbəri: Ermənistanla sülh yolunda yaxşı perspektivlər mövcuddur
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olundu - FOTOLAR
13:51 22.07.2025
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olundu - FOTOLAR
Tarixdə bu gün - 22 iyul nə günüdür?
13:48 22.07.2025
Tarixdə bu gün - 22 iyul nə günüdür?