Millət vəkili Aydın Mirzəzadə 31-ci yay olimpiya oyunlarında Azərbaycana 7-ci medalı qazandıran taekvando üzrə millimizin üzvü Patimat Abakarovanı təbrik edib.
AZXEBER.COM-un xəbərinə görə, Aydın Mirzəzadə sosial şəbəkə üzərindən təbrik etdiyi taekvandoçumuza növbəti medal üçün təşəkkür edib. Millət vəkili bildirib ki, Patimat Abakarovanı özünəməxsus şəkildə təbrik edib:
“Azərbaycan Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında, növbəti 9-cu medalını qazandı. Bu Bakı vaxtı ilə sahər saat 4:10-da baş verdi.Azərbaycan ilk dəfədir ki, taekvondo üzrə olimpiadada yüksək mükafat qazanır. Bu Azərbaycanının 7-ci olimpiya idman növündə yüksək mükafatıdır. Afərin, balaca, ancaq qoçaq qız!”.