Deputat: "Ölkədə dərmanların baha olması və keyfiyyəti ilə bağlı problem var"

Deputat: "Ölkədə dərmanların baha olması və keyfiyyəti ilə bağlı problem var"
SOSİAL
12:59 06.07.2023
277
"Bu gün ölkədə dərman vasitələrinin baha olması və keyfiyyəti ilə bağlı problem var".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin istifadə etdiyi əsas dərmanlar xarici ölkədən idxal olunacağı dövrədək problem həllini tapmayacaq: "Çünki problemin hələ də qalmasının səbəbi ölkədə dərman istehsalının olmamasıdır".
OXŞAR XƏBƏRLƏR