Deputat Lopezin Astana konsertindəki geyimlərini tənqid edib

Deputat Lopezin Astana konsertindəki geyimlərini tənqid edib
MAQAZİN
17:10 04.08.2025
305
Cennifer Lopezin Astanadakı çıxışı təkcə fanatlar arasında deyil, həm də yerli hökumət səviyyəsində müzakirələrə səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt məclisinin deputatı Saule Samidin dünya ulduzunun səhnə obrazlarının qazax mentalitetinə uyğunlaşdırılmalı olduğunu iddia edib.

Onun sözlərinə görə, JLo, BƏƏ-də mədəni ənənələrə hörmət nümayiş etdirdiyi kimi, Astanada da buna əməl etməli idi.

"Biz Əmirlik ilə bir deyilik və fərqli təlimatlarımız var. Amma yenə də mentalitetimiz var və bəzi geyimləri yerli tamaşaçılara uyğunlaşdırmaq olardı", - Samidin qeyd edib.

Məmurun bu fikri sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.
 
Bəzi istifadəçilər bu iradları yersiz hesab etsə də, bir qismi deputatın bu mövqeyini dəstəkləyib və ölkənin mədəni normalarına hörmətin vacibliyini xatırladıblar.
 
Aysel
OXŞAR XƏBƏRLƏR