Deputat Mədəniyyət Nazirliyini kəskin tənqid etdi: "Deyir dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal"

Deputat Mədəniyyət Nazirliyini kəskin tənqid etdi: "Deyir dar şalvar geyinmə, “yupka”nı dizdən bu qədər aşağı sal"
SOSİAL
13:00 17.05.2022
2602
"Bunun adına gözdən pərdə asmaq deyirlər. İslahat keçirə bilmirsən, hər hansı bir şəkildə mədəniyyət sahəsində problemləri həll etmə qabiliyyəti ortaya qoya bilmirsən, baxırsan neyləyəsən, başlayırsan insanlara deməyə ki, dar geyinmə, dar şalvar geyinmə, "yupka”nı dizdən bu qədər aşağı sal, yaxud boya vurma. Elə bu boya-filan, bunlar mədəniyyət sahəsinə aid məsələlərdir. Bununla gündəlik həyatda kimdir ki, çox aludə olan?”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa Mədəniyyət Nazirliyinin müəyyən etdiyi bir sıra qadağalara münasibət bildirərkən deyib.
 


Deputat qeyd edib ki, bu cür qadağalar gözdən pərdə asmaq üçündür:

"Ona görə də bu sahədə hər hansı iş görməməyi, islahat aparmamağı pərdələmək üçün guya bir yeniliklər tətbiq olunur. Sən bu yenilikdənsə, binaları təmir elə, mədəniyyət evlərinin normal iş rejimini yarat, insanlara əlçatan musiqi məktəbləri yarat, şahmat məktəbləri yarat, rəqs dərnəkləri yarat, müxtəlif özəl mədəniyyət müəssisələrinin inkişafına köməklik göstər ki, əlçatan olsun, xidmət keyfiyyətli olsun. İnsanlar uşaq vaxtında bunlara alışsınlar, müəyyən vərdişlər əldə etsinlər, daha mədəni bir mühitin insanına çevrilsinlər. Bakıda gecəqondulaşma mühiti daha çox genişləndiyinə görə, elə yerlər var ki, hansısa bir musiqi təhsili almaq imkanı yoxdur. Məktəblərin vəziyyəti acınacaqlıdır, infrastrukturu çökmüş vəziyyətdədir. Məktəblərin təmirini həyata keçirmək lazımdır. Mən yaşadığım bu boyda Zabratda bir musiqi məktəbi yoxdur. Faciədir. Yüz minə yaxın əhali var, musiqi məktəbi yoxdur. Çökürdü, köçürdülər Maştağaya, indi buradan bir uşaq gedib Maştağada təhsil almalıdır? Bundan böyük biabırçılıq varmı? Adamları qəbul edib dinləmək lazımdır, mədəniyyət işçiləri bizə müraciət edir ki, onları qəbul edən yoxdur”.

F. Mustafa qeyd edib ki, insanların geyiminə qarışmaq olmaz:

"Açığı, bu məsələlər gülməli görünür, kimsə dar geyindi, bütöv geyindi mənə nə dəxli var? Mənə keyfiyyətli xidmət lazımdır. Məktəbdə keyfiyyətli tədris həyata keçirmək lazımdır. İstedadlı mədəniyyət xadimlərinin inkişafına dəstək vermək lazımdır. Opera, baletin inkişafına təminat vermək lazımdır. Uşaq teatr şəbəkəsini gücləndirmək lazımdır. Bu məsələlər üzərində daha çox düşünmək lazımdır. Mədəniyyətin təbliği, mədəni vərdişlərin cəmiyyətə aşılanması lazımdır. Yoxsa kimsə şalvar geyinəcək, "yupka” geyinəcək mənə nə dəxli, bu, işdirmi? Kimsə dodağına boya çəkəcək, ya çəkməyəcək, mənə nə dəxli var? Biz buna niyə qarışmalıyıq? Bu cür absurd məsələlərlə baş qatmaq olmaz. Mədəniyyətimiz çökür”.

Deputat həmçinin bildirib ki, əsl sənət adamlarına dəstək vermək lazımdır:

"Mən baxıram, Prezident təqaüdü verilən insanların içərisində ən dəyərli sənət adamlarını görə bilmirəm. Mənə müraciət edirlər, ürəyim ağrıyır. Heç bir köməklik göstərə bilmirsən, çünki siyahıya düşə bilmirlər. Bu, necə ola bilər? Neçə ilin fortepiano ustası, neçə il ansamblda olan adam təqaüdə düşə bilmir. Bunun üzərində düşünmək lazımdır. Oradakı tanışlığı, dostluğu, himayədarlığı yığışdırmaq lazımdır. Əsl sənət adamlarına dəstək vermək lazımdır. Adların verilməsində çəki-düzən yaratmaq lazımdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib