"Ayağım çoxdan sınıb, yeni hadisə deyil".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı mətbuatda ayağının sınması ilə bağlı yayılan xəbərə münasibət bildirərəkən deyib.
Deputat qeyd edib ki, hadisə çoxdan baş verib:
"Ayağımın sınması bir xeyli zaman əvvəl olub. Artıq ayağım sağalıb və işimin başındayam. Milli Məclisin iclaslarında da iştirak edirəm".
Qeyd edək ki, bu gün Manset.az saytında yayımlanan xəbərdə qeyd edilib ki, "xanım deputat yıxılaraq ayağını sındırıb.
M.İbrahimqızının hansı şəraitdə yıxılaraq ayağını sındırması bəlli deyil. Hazırda millət vəkili müalicə və reabilitasiya mərhələsindədir.
O, ayağını sındırdığına görə Milli Məclisin plenar və komitə iclaslarında iştirak edə bilmir” deyə xəbərdə qeyd edilib.
Günel Hüseynıli