Deputat: "Murovdağın ən yüksək zirvəsinə İlham Əliyevin adı verilsin"

Deputat: "Murovdağın ən yüksək zirvəsinə İlham Əliyevin adı verilsin"
SİYASƏT
12:39 30.09.2021
1411

"Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində xüsusi və əvəzedilməz rolu var”.

Bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüksəkliklər var ki, onlara hərbçilərin, birləşmələrin adı verilməlidir: "Azad edilən ən yüksək zirvə Murovdağ silsiləsindədir. Həmin yüksəkliyə isə Ali Baş Komandan İlham Əliyevin adı verilsin. Milli Məclis bu təkliflə çıxış etsin”.

OXŞAR XƏBƏRLƏR