Deputat Naqif Həmzəyev: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər"

Deputat Naqif Həmzəyev: “Avropa Birliyinin layihələrində Azərbaycan gəncləri fəal iştirak edəcəklər"
İDMAN
14:04 15.05.2018
4207
Azərbaycan Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, Deputat Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Portuqaliyanın Kaskais şəhərində səfərdə olublar.
 
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində Avropa Birliyinin (AB) tədqiqat, elm və innovasiyalar üzrə komitə sədri Karlos Moedas, Kaskay şəhərinin meri Karlos Karreiras və Avropa Gənclər hərəkatının fəal gənc liderləri ilə görüş olub. 
 
Görüş zamanı gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi,təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. Erasmus + proqramı çərçivəsində icra olunan "Gənclər  üçün yaxın olan şəhərlərdə məsləhət  mexanizminin işlənməsi" layihəsinə dair hesabat dinlənilib. Gələcəkdə "Avropa Gənclər Paytaxtı şəbəkəsi"nin inkişaf etdirilməsi və  gənclər sahəsində birgə layihələrin işlənməsi üçün razılıq əldə olunub.
 

 


OXŞAR XƏBƏRLƏR