02:31 çərşənbə Axşamı, 21 May 2019
SİYASƏT

Deputat Naqif Həmzəyev canlı yayımda: "Mən Rəsulzadəni təhqir etməmişəm" - TAM VİDEO

13:43, 18.03.20192930
Deputat Naqif Həmzəyev canlı yayımda:
Millət vəkili, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev AZXEBER.COM informasiya portalının canlı yayımında qonaq olub.
 
"Facebook"da canlı yayımlanan verilişdə deputat onunla bağlı yayılan qaranlıq məqamlara aydınlıq gətirib.
 
Naqif Həmzəyev AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda da danışıb. O deyib ki, ixtisası tarixçidir və tarixi şəxsiyyətləri heç zaman təhqir etməyib: "Mən tarixçiyəm, mümkün deyil ki, hansısa tarixi şəxsiyyətimizi təhqir edim. Həm də mənim doktorluq müdafiəm AXC dövrü ilə bağlıdır. Məhəmməd Əmin Rəsulzadə AXC-nin qurucularındandır, böyük şəxsiyyətdir. Mən hər biri tarixi şəxsə hörmətlə yanaşıram".
 
Naqif Həmzəyev deyib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, müasir Azərbaycan Respublikası da AXC-nin aqibətini yaşayacaqdı: "Mən bunu hər zaman demişəm ki, ulu öndər Heydər Əliyev olmasaydı, Azərbaycan da 23 ay yaşayan AXC-nin aqibətini yaşayacaqdı. Mənim idealım Heydər Əliyevdir və o müasir Azərbaycanın qurucusudur".
 
Deputat ictimai nəqliyyatdan istifadə etdiyini və bundan çox məmnun olduğunu da deyib.
 
Naqif Həmzəyevlə söhbətin tam versiyasını təqdim edirik:
 
XƏBƏR LENTİ