Deputat Novruzəli Aslanov yenidən namizəd oldu

SİYASƏT
02:03 20.07.2024
204

Novruzəli Aslanov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, Novruzəli Aslanov 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Fəlsəfə doktoru Novruzəli Aslanov üçüncü, dördüncü, beşinci  və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.  10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

OXŞAR XƏBƏRLƏR