Daha iki yaralı xəstəxanaya çatdırılıb.
Albaniyanın paytaxtı Tiranada 25 yaşlı Konstantin Cuvanini tutublar. Parlament deputatının oğlu ABŞ səfirliyindən 100 metrlik məsafədə yerləşən “Ante Grande” gecə klubunda qətliam edib.
Bu barədə Rilindja Demokratike bildirib.
Atışma nəticəsində dörd nəfər həlak olub, onlardan üçü yerli sakindir, biri 60 yaşlı italyandır. Daha iki yaralı xəstəxanaya çatdırılıb.
Polis tərəfindən saxlanılan Konstantin Cuvani – sosialist partiyasından seçilmiş deputat, 50 yaşlı Luiza Cuvaninin oğludur. Baş verənlərdən sonra siyasətçi xanım istehfa verib. Lapsi-nin qeyd etdiyi kimi, gənclikdə bu xanım Albaniyanın məşhur aktrisalalarından biri olub.
Konstantin Cuvaninin əvvəllərdə ədalət məhkəməsi ilə problemləri olub. 2014-cü ilin aprel ayının 25-də Hirokastrda barın yaxınlığında gənc adam barda olanları tapança ilə hədələdikdən sonra atəş açıb. Deputatın oölunu 8 il azadlıqdan məhrum edilmə cəzası gözləyirdi, amma bir ay sonra işə xitam verildi.
2011-ci ildə Cuvani 26 yaşlı dostu Alfred Musabellini Tiranada tələbə şəhərciyində soyuqqanlı şəkildə qətlə yetirdiyi üçün iki il azadlıqdan məhrum edilib. Nəşrin məlumatına görə, gənci 25 illik həbs cəzası gözləsə də, barmaqlıqlar arxasında cəmi 14 ay qalıb.
///Oxu.az