Deputat: "Peyvənd etdirmişəm və heç bir əks-təsirlə qarşılaşmamışam"

Deputat: "Peyvənd etdirmişəm və heç bir əks-təsirlə qarşılaşmamışam"
SOSİAL
15:59 02.04.2021
486
"Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisədə vaksinasiya prosesinə ən tez başlayan dövlətlərdən biridir. Əgər bu bəladan tezliklə yaxa qurtarmaq istəyiriksə, vətəndaşlar da bu prosesdə fəal olmalıdırlar".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, vaksinasiya prosesində fəal iştirak etmək vətəndaş olaraq hər birimizin məsuliyyət borcudur:
 
"Adətən insanlar xəstəliklər zamanı peyvəndlənməyə şübhə ilə yanaşıblar. Ancaq məsələ ondan ibarətdir ki, başqa çıxış yolumuz da yoxdur. Dünyanın ən ağır xəstəlikləri, ən çox yayılan epidemiyalarınin qarşısı məhz vaksinləşdirmə yolu ilə alınır. Azərbaycan dövləti pulsuz dövlət hesabına vaksinlərlə vətandaşları təmin edirsə, vaksinləşməni həyata keçirirsə, öz vətandaşlarına təhlükəli olduğunu bilə-bilə məhz bu prosesə cəlb etməz. Mütləq vətəndaşlarımız müəyyən mərhələrlə vaksinasiya prosesində aktiv olmalıdırlar. Bu vətandaşların özünün qərarıyla bağlı olan bir şey deyil. Koronavirusa yoluxan adam öz ətrafındakılarıda yoluxduraraq bir növ qatilə çevrilmiş olur. Bu barədə həmrəy olmalıyıq.
 
Əmin ola bilərsiniz ki, koronavirusla mübarizə digər müharibələrlə mübarizəmizdən az əhəmiyyətli hadisə deyil. Pandemiya bir ildən artıqdır ki, bizim iqtisadiyyatımızı eləcə də sosial həyatımızı ağırlaşdırıb. Bu mənada vətandaşları vaksinasiyaya prosesində fəal iştiraka çağırıram. O ki, qaldı vaksinasiyanın əks təsirlərinə istənilən halda istənilən peyvəndlənmə prosesinin əks-təsirləri mümkün ola bilər. Ancaq mən prosesin əks-təsiri barədə hələ ki, heç bir informasiya əldə etməmişəm. Amma peyvəndin hər hansı zərərləri olsa belə, bu, vaksinasiya prosesin özünün mahiyyətinə xələl gətirməməlidir.
 
Deputat bildirib ki, özü vaksinasiya prosesindən keçib: "Mən özüm ikinci doza vaksini də qəbul etmişəm və heç bir əks-təsiriylə qətiyyən qarşılaşmamışam. Eyni zamanda müvafiq yaş həddinə çatan ailə üzvlərim və yaxınlarım da prosesdə fəal iştirak edib və heç bir problem olmayıb. Mən bir daha insanları vaksinasiya prosesində fəal iştirak etməyə çağıram”.
 
Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR