Deputat qazi adından istifadə edənlərdən danışdı: Qanun hamı üçün eynidir

Deputat qazi adından istifadə edənlərdən danışdı: Qanun hamı üçün eynidir
SOSİAL
14:05 10.11.2021
1385
"İstər vəzifəli şəxs ol, istər fəhlə ol, kim olmağından asılı olmayaraq qanun hamı üçün birdir, qanunda fərqləndirmə yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov qazi statusundan sui-istifadə edənlərə münasibətini bildirərkən deyib.

Deputat bildirib ki, heç kimə icazə verilmir ki, hər hansı bir vəzifəsinə və ya tituluna görə qanunu pozsun:

"Bizim döyüşçülərimiz, qazilərimiz, müharibə veteranlarımız, əlillərimiz, şəhid ailələrimiz bizim gözümüzün işığıdır, əzizlərimizdir. Yəni onların vətən qarşısında xidmətləri çox yüksəkdir. Ona görə də, dövlətimiz, hökümətimiz, Cənab Prezidentimiz daim onların qayğısına qalır, bütün xalq onların sevir, əzizləyir. Onlar qəhərmanlaqlarına, şücaətlərinə, şərəfli, ləyaqətli həyat yoluna görə hamımız üçün əzizdilər. Ancaq bir məsələ var, istər vəzifəli şəxs ol, istər fəhlə ol, kim olmağından asılı olmayaraq qanun hamı üçün birdir. Qanuna hamı əməl etməlidir. Heç kimə icazə verilmir ki, hər hansı bir vəzifəsinə və ya tituluna görə qanunu pozsun, desin ki, bu xidmətlərim var, filan işi görmüşəm, vəzifədə oturmuşam deyə, mən bunu edə bilərəm, qanunu poza bilərəm, bu, yolverilməzdir. Mən özüm də müharibə veteranıyam, hesab edirəm ki, çox hörmətli, əziz müharibə iştirakçılarımız, qazilərimiz, şəhid ailələrimiz, onlar hamımız üçün əzizdirlər, amma bir şey var ki, onlar da bilməlidirlər ki, qanunda fərqləndirmə yoxdur, qanun hamı üçün eynidir və qanunu pozmaq olmaz”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi