Deputat: “Qiymət artımları obyektiv deyil”

Deputat: “Qiymət artımları obyektiv deyil”
İQTİSADİYYAT
11:59 19.09.2022
442
"Bu gün iqtisadiyyatda ən mühüm məsələ işsizliklə bağlıdır”.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, işsizlik məsələsi, problem olaraq kifayət qədər böyükdür:

"Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi, eləcə də aidiyyəti qurumlarla bununla bağlı görüş keçirək. İkinci böyük problem inflyasiyadır. Bunun üçün biz ƏDV-ni differensiallaşdırmalıyıq. Biz hər məhsula 18 % ƏDV tətbiq edə bilmərik. Ərzaq məhsullarında bu tələbi dəyişmək qiymətlərin qismən azalmasına səbəb ola bilər. Hökumət ərzaq məhsullarına 0 % gömrük rüsumu tətbiq etməlidir. Çünki ərzaq məhsullarının qiyməti yüksəkdir, əhalinin gəlirləri bunu ödəmir. Qiymət artımları bu gün heç də obyektiv deyil. Buna nəzarət edilməlidir. 8 ayın yekunları onu göstərir ki, biz ilin axırına inflyasiyanı kifayət qədər azalda bilərik. 8 ayın bazasına baxanda onu görürük ki, iqtisadiyyatımızda elə ciddi problem yoxdur. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Hökumət üzvləri ilə danışıb bu layihənin payız sessiyasında qəbul edilməsi barədə razılıq əldə etməliyik. Hazırki şəraitdə bu məcəllənin qəbul edilməsi çox vacibdir”.

Komitə sədri Tahir Mirkişili cavabında qeyd edib ki, işsizliyin həlli yalnız dövlət üzərində olmamalıdır:

"Sizin bu təklifi yüksək dəyərləndirirəm və bu görüşə bir sıra özəl sektor, kiçik assosiasiyaları da dəvət edə bilərik. ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə dövlət həmin vergini də itirdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub