Deputat: "Rusiya sülhməramlıları Qarabağda erməni seperatçıları ilə bərabər addım atır"

Deputat: "Rusiya sülhməramlıları Qarabağda erməni seperatçıları ilə bərabər addım atır"
SİYASƏT
16:54 07.03.2022
809
"Rusiyanın sülhməramlı qüvvələri həmişə olduğu kimi yenə də ermənilər və erməni seperatçıları ilə bərabərdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

O, qeyd edib ki, sülhmərmalılar öz üzərlərinə düşən missiyanı yerinə yetirmirlər:

"Son vaxtlar ermənilər həm sərhədboyu istiqamətdə, həm də Qarabağdakı tör-töküntülər cərgəsində yenə də hədlərini aşır. Azərbaycanın mövqelərin atəşə tuturlar. Təbii ki, bu hər birimizdə narahatlıq doğurur və belə bir addımın atılmasına imkan verməmək üçün Rusiyanın sülhməramlı qüvvələri üzərlərinə ciddi bir missiyanı götürür. 

O deyib ki, Rusiya sülhməramlıları ermənilərlə bərabər addım atır: 

"Təəssüf ki, Rusiyanın sülhməramlı qüvvələri həmişə olduğu kimi yenə də ermənilər və erməni seperatçıları ilə bərabərdir. Onlar heç bir halda Azərbaycanla erməni icması arasında dinc münasibətlərin yaranmasında, formalaşmasında maraqlı deyil, çünki belə olarsa, onlar artıq orada olmayacaqlar. Onlar vaxtından əvvəl ərazimizi tərk edəcəklər. Bunu etmirlər, çünki niyyətləri Azərbaycanda uzun müddət qalmaqdır və seperatçılarının tör-töküntüləri ilə eyni məqsədə xidmət edirlər. 

Deputat həmçinin qeyd edib ki, Azərbaycan anti-terror əməliyyatları keçirməlidir:

"Mənim gəldiyim nəticə ondan ibarətdir ki, Azərbaycan bu seperatçı tör-töküntülərin, quldur dəstələrin qarşısını almaq üçün anti-terror əməliyyatı keçirməlidir və Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş Nazirinin 2020-ci ilin 10 noyabrında imzalanmış olan bəyannamənin 4-cü bəndinin həyata keçirilməsini təmin etməlidir. Baxmayaraq ki, bununla bağlı Ermənistan da, Rusiya da öz üzərinə öhdəlik götürübdür ki, onlar tezliklə həmin seperatçıların qalıqlarını oradan çıxarılmalıdır, tərk-silah edilməlidir. Həmin ərazidə yaşayan ermənilər tamamilə silahsızlaşdırılmalıdır. Bunu yerinə yetirmirlərsə, deməli, Azərbaycan tamamilə öz ərazisində bu cür halların aradan qaldırılması üçün müstəqil şəkildə və adın çəkdiyim həmin bəyannamənin müddəalarına uyğun olaraq hərəkətə keçə bilər. Azərbaycan təbii ki, müəyyən şərtləri nəzərə alaraq bunu etmir, amma mənə elə gəlir ki, ermənilər bu cür halları davam etdirərlərsə, Azərbaycan dövləti konkret addım atmaq məcburiyyətində qalacaq və ermənilər tamamilə tərk-silah ediləcək. O tör-töküntülər də ya məhv ediləcək ya da ölkəni tərk edəcəklər. Mənə elə gəlir ki, buna da çox qalmayıb”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR