Deputat şəhid ailələri və qazilərlə bağlı qəbul edilən qanunu izah etdi

Deputat şəhid ailələri və qazilərlə bağlı qəbul edilən qanunu izah etdi
SOSİAL
14:56 06.12.2021
464
Xəbər verdiyimiz kimi, Milli Məclisin dekabrın 3-də baş tutan iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir.

Mill Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında məsələyə sadə izah verib. Deputat Vergi Məcəlləsində şəhid ailələri üçün nəzərdə tutulan istiqamətləri diqqətə çatdırıb:

"Vergilər Məcəllləsində şəhid ailələri üçün güzəştlər nəzərdə tutuldu. Onların müəyyən məbləğlərinin bank hesabından Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasından tutmuş, bəlli bir faizlərdən azad olması nəzərdə tutuldu. Digər tərəfdən isə onların müəyyən öhdəlikləri ilə bağlı məsələlərdə də xeyli dəyişikliklər nəzərdə tutuldu. Bir çox sahələrdə onlara aid olan mənfəətdən ƏDV tutulması məsələsində güzəştlər də nəzərdə tutulub. Əsasən bu istiqamətləri əhatə edir. Onlara hər hansı bir şəkildə, məsələn, səhiyyə yardımı kimi göstərilən köməkliklər var idi. Deyək ki, 40 min manata qədər olan xaricdə müalicə üçün, daxildə isə 10 min manata qədər olan müalicə xərcləri üçün verilən iyanələrdən də ödənən vəsaitlərdən və yardımlardan da hər hansı bir şəkildə vergi tutulması aradan qaldırılıb”.

Şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması üçün vacib olduğunu qeyd edən deputat gələcəkdə də bu cür addımların davam edəcəyini diqqətə çatdırıb:

"Bütün bunlarən hamısı şəhid ailələri və qazilərin normal müalicə olunması və onlara köməkliyin təşkil olunması üçün çox faydalı bir addım idi. Bu da digər tərəfdən onlara dəstək verən insanların da əlavə ödənişdən azad olunmasına gətirib çıxaran müəyyən addımlardır. Həmçinin bank sektorunda və başqa sahələrdə də güzəştlər nəzərdə tutulub. Ümid edirəm ki, bu məsələ şəhid ailələrinin haqlı olaraq vəziyyətini yüngülləşdirmək üçün atılan ədalətli bir addımdır və gələcəkdə də bu cür addımların atılması davam edəcək”.

Qeyd edək ki, Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI