Deputat spikerin 'ar olsun'una 'eşq olsun'la cavab verdi
SİYASƏT
13:39 24.05.2013
1734
Milli Məclisin iclasında çıxış edən deputat Etibar Hüseynov deputat İqbal Ağazadənin həbsdə olan gənclərin təcridxanada çəkilmiş fotoşəkillərini yaymasına ötən iclasda etiraz bildirməsinə qarşı çıxdı. O, iddia etdi ki, bu şəkillər elə məhbusların özləri tərəfindən çəkilib və yayılıb. “Rauf Arifoğlu, Pənah Hüseyn və digərləri 200-cü ildə Bayıl həbsxanasında yatanda onların həbsxana şəkilləri qəzetlərdə yayılırdı. Özləri də deyirdilər ki, bu şəkilləri özləri çəkiblər. İndi necə olur ki, gənclərin yayılan şəkillərindən onların özlərinin xəbəri olmur? Bu gün Müsavat və AXC arasında böyük nüfuz davası gedir və bu şəkillər həmin gənclər tərəfindən çəkilib, yayılıb”.