Deputat Sumqayıt yolundan danışdı: "Pul yemək lazım idi, yolu sökdülər"

Deputat Sumqayıt yolundan danışdı: "Pul yemək lazım idi, yolu sökdülər"
SİYASƏT
14:17 29.06.2018
8613
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb. 

AZXEBER.COM-un Modern.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur. 

"İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər”-deyə deputat bildirib. 

O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır. 

"Metro xətləri çəkilməlidir. Belə olmasa, Bakıda bir ildən sonra fəlakət yaşanacaq”. 

Deputat Fəzail Ağamalı da yol tikintisi ilə bağlı yaranmış problemlərdən danışıb. O, dolayısı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib.

"3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”. 

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, onun özü də həmin istiqamətdəki Sulutəpə qəsəbəsində yaşayır. 

"Mən özüm də o yolu gedib-gəlirəm, tıxacdan mən də əziyyət çəkirəm. Amma yol genişləndirilməlidir. Yolun genişləndirilməsi üçünsə yolkənarı evlər sökülməlidir. Bu istiqamətdə işlər gedir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO