Millət vəkili Qənirə Paşayeva Braziliya, Meksika, Peru və Uruqvayın tanınmış təşkilat rəhbərləri ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, deputat görüşdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu, Azərbaycanın mədəniyyəti, iqtisadi və turizm potensialı ilə bağlı məlumatlar verib.
Q.Paşayeva görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ətraflı danışıb:
"Beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının fundamental insan haqlarını pozmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır”.
